banner
banner

Şou

"Kaş, homoseksual olardım" - Madonna

"Kaş, homoseksual olardım"

Pop musiqisinin 56 yaşlı ulduzu Madonna “Out” jurnalına maraqlı açıqlamalar verib. 

Axşam.az-ın məlumatına görə, qadın-kişi bərabərliyindən danışan müğənni qarşı cinsin onunla yalnız sekslə məşğul olmaq üçün münasibət qurduğunu deyib. O, 2000-2008-ci illərdə ailəli olduğu ingilis rejissor Qay Riçin yanında özünü “məhkum” kimi hiss etdiyini söyləyib: 

“Bəzən öz-özümlə mübarizə aparıram. Özümü bir sənətkar kimi ifadə etmək istədim. Ancaq həyat yoldaşımın bundan narahat olacağını düşündüyüm üçün çox şansdan imtina etdim. Ailə qurandan sonra bəzi məsələlərdə güzəştə getməlisiniz”. 

Madonna özündən yaşca kiçik kişilərlə münasibətdə olduğu üçün qınaq obyektinə çevrilməsindən də danışıb: 

“Mik Caqqerin (əfsanəvi ingilis rok qrupu “Rolling Stones”un vokalisti) 25 yaşlı qızla sevgili olması problemə çevrilmir, ancaq mənim o yaşda bir kişi ilə bərabərliyim sərt reaksiyaya səbəb olur. Bu ən böyük haqsızlıqdır. Gülməli vəziyyətdir...”. 

Pop ulduz kişilərin onu başa düşmədiklərini deyib: 

“Kaş, homoseksual olardım. Kişilər mənimlə ancaq sekslə məşğul olmaq üçün münasibət qururlar. Homoseksuallar isə məni başa düşürlər. Onların yanında özümü rahat hiss edirəm. Homoseksualların haqları qorunur, ancaq qadınların hüquqları hələ də tapdanır”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.