banner
banner

Gündəm

Azərbaycan zülmətə qərq oldu - bütün ölkədə elektrik enerjisi kəsildi - səbəbi bilindi

Azərbaycan zülmətə qərq oldu -

Bakı vaxtı ilə saat 00.25 radələrində Azərbaycan üzrə elektrik enerjisi kəsintisi yaşanıb. Bunun səbəbi barədə hələlik heç bir rəsmi xəbər yayılmayıb. Lakin qeyri -rəsmi məlumatlarda vurğulanır ki, Mingəçevir SES-də böyük qəza baş verib -  ötürücü transformatorlardan biri yanır. Musavat.com saytının müxbiri Azerenerjinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə zəng edib. Lakin o da hadisənin baş vermə səbəbi barədə məlumatlı olmayıb. ''İndicə baş verdi, səsəbi dəqiqləşdirib. mediaya açıqlama verəcəm''. Daha sonra onun telefonuna zəng çatmayıb. 

Mingəçevir şəhər icra hakimiyyətindən isə açılqlama almaq mümkün olub. İHB rəsmisi musavat.com-a deyib ki, Mingəçevir SES bloklarından birində problem baş verib. ona görə də bütün ölkəyə elektrik enerjisinin verilməsində problem yaranıb. Hazırda çalışmalar gedir, qəzanın nəticəsi aradan qaldırlacaq. 

Əlavə məlumat veriləcək. 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.