Türkiyə şou-biznesinin tanınmış simalarından olan Demet Akalın Habertürk-ə maraqlı müsahibə verib.
CİA.az-ın Lent.az-a istinadən məlumatına görə, keçmişi, ailəsi, qızı, yaşadığı sevgi macəraları və işi ilə bağlı səmimi açıqlamalar verən müğənninin pula münasibəti barədə dedikləri böyük marağa səbəb olub.
D.Akalın pulu çox sevdiyini xüsusi ilə vurğulayıb:
“Pulu sevmirəm desəm, yalan olar. Kim sevməz ki? Amma ola bilər ki, mən bir az çox sevirəm. Əslində məndə pula düşkünlük uşaq yaşlarımdan baş qaldırıb. Yadımdadı zəlzələ olmuşdu, evdəki pullar da məndə idi. Titrəyişlər başlayan kimi balaca qardaşımı götürüb pilləkənə qaçdıq. Qardaşımı qonşuya verdim və tez anamdan gedib soruşdum ki, qızılları götürübmü. O, çox əsəbiləşdi. Dedi ki, zəlzələ olur sən isə hələ də qızılları düşünürsən”.
Sənətçi şou-biznesə manken kimi başladığını və ilk qazancının 50 lirə olduğunu da deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.