"Minumum 20 qol vurmaq şansımız oldu" - Roberto Martines
"Nəticə ədalətlidir.Bizim minumum 20 qol vurmaq şansımız oldu. Amma Yaponiyanı təbrik etmək lazımdır. Onlar oyuna çox gözəl hazırlaşdılar və qəflətən bizə 2 qol vurdular. Bundan sonra oyunçularım əsl xarakter nümayiş etdirilər. Hansısa taktiki qərarlardan və sxemlərdən danışmaq istəmirəm. Oyunçularım öz iradələri hesabına qalib gəldilər".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Belçika millisinin futbolçusu Roberto Martines DÇ-2018-in 1/8 finalında Yaponiyaya 3:2 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
"Həlledici qolu vurduğumuz vaxt böyük əks-hücum etdik. Bu, cəmi 6 saniyəyə oldu və qələbə qolunu vurduq. Məhz dünya çempioatlarında oyunlarda bu cür qələbə qazanılır" - deyə o bildirib.
R.Martines 1/4 finalda qarşılaşacaqları Braziliya haqda da danışıb: "Braziliyaya qarşı necə oynayacağıq? İlk növbədə rəqiblərdən heç də pis olmadığımızı anlamalıyıq. Bu, ən vacib amildir. Biz favorit deyilik, buna görə heç bir psixoloji təzyiq olmayacaq. Oyunun hər saniyəsindən zövq alacağıq. Braziliyaya qarşı 1/4 finalda oynayacağıq. Bu, əsl yuxudur".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.