banner
banner

Hərbİ

ANAMA iyunun nəticələrini açıqladı - 38 hərbi sursat və 1 mina məhv edilib

ANAMA iyunun nəticələrini açıqladı -

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin iyun ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, iyun ayı ərzində ANAMA tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Xızı, Xocavənd, Qazax, Lənkəran, Tərtər rayonları və Bakı, Gəncə və Yevlax şəhərləri ərazisində 281 091 m² ərazi yoxlanılıb, 38 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 39 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

 

İndiyədək cəmi 529 091 352 m² ərazi təmizlənib, 796 923 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

İyun ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən - 13 , Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən - 9 və Dövlət Sərhəd Xidmətinin Sərhəd Mühafizə Xidmətindən - 2 müraciət daxil olub. Müraciətlər əsasında 10,920 m² ərazi təmizlənib, 34 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 35 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin iyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.