banner
banner

Sosİal

"Azərsu": Bu gün vəziyyət stabildir, sabahdan əhali FASİLƏSİZ su ilə təmin olunacaq

"Azərsu":

Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub.

Bu barədə özəl olaraq Trend-ə açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, sutəmizləyici qurğular tam gücü ilə fəaliyyətini bərpa edib: "Artıq vəziyyət stabilləşib, həm Kür, həm Ceyranbatan, həm də Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə tam həcmdə su gəlir. Bu gün səhər saatlarından əksər ərazilərə suyun verilişini təmin etmişik. Yasamal, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Suraxanı, Sabunçu və Binəqədi rayonlarında hətta yüksəkmərtəbəli binalara da suyun verilməsi təmin edilib. Ola bilər ki, qismən təzyiq az olar, bəzi yerlərdə yuxarı mərtəbələrə su qalxmaya və bir neçə evdə lokal problem yarana bilər. Amma biz suyun verilməsində artıq stabillik əldə etmişik və günün ikinci yarısına tam stabillik əldə olunacaq. Rejimlə tam su verilməsini isə sabaha planlaşdırırıq. Yəni, həm anbarlara suyun tam həcmdə doldurulması, həm də lazımi təzyiqlərin alınması sabah mümkün olacaq. Sabah artıq əhali fasiləsiz su ilə təmin olunacaq".

A.Cəbrayıllı bildirib ki, dünənə nisbətən bu gün suyun təchizatı xeyli yaxşılaşıb: "Dünən su ilə təmin olunmayan əksər abonentlər də bu gün su alıb. Artıq ehtiyat tədbirləri də görülür. Bütün anbarlar doldurulur ki, axşam vaxtlarında Yeni Günəşli, Köhnə Günəşli qəsəbələri, Xətai, Sabunçu və Binəqədinin su almayan ərazilərini su ilə təmin edək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.