Türkiyəli aktrisa Hülya Avşarın evinə oğru girib. Qaçmağı bacarsan naməlum şəxs aktrisanın evindən 500 türk lirəsi (təxminən 250 manat) götürüb. Aktrisa bu barədə türk mediasına açıqlama verib:
“Səhər saat 06.00-06.30 olardı. Gün çıxmışdı. Baxdım ki, yataq otağımda kimsə var. Papaq və əlcək taxmışdı. Üzünü əli ilə bağlayıb dedi ki “Mənəm, mən”. Ayağa qalxıb ona tərəf getdim. Götürdüklərini pəncərədn atdı, özü də qapıdan qaçdı. Polisə zəng etdim. Kim olduğunu tapdılar. Amma hələ həbs olunmayıb”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.