Türkiyəli müğənni İbrahim Tatlısəsin oğlu İdo Tatlısəsin yeni görüntüsü kər kəsi heyrətləndirib. 10 aydır sevgili olduğu model Yasemin Şefkatlidən ayrılan İdo arıqlığı ilə diqqət çəkib. Ötən gün konsert verən müğənni pəhriz saxladığını və iki ayda 10 kiloqram arıqladığını deyib:
“Bir az arıqlamışam. Yemək yeyə bilmirəm. Arıqlamağımda ayrılığın da rolu var. Gördüyünüz kimi belə olmuşam. Yaseminlə sevgili olanda pəhrizə başlamışdım. İki ay ərzində 10 kiloqram arıqlamışam”. Qeyd edək ki, cütlük 15 gündür ayrılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.