banner
banner

Şou

Müğənni evində ölü olaraq tapıldı

Müğənni evində ölü olaraq tapıldı
Türkiyənin məşhur sənətçisi, türk pop musiqisinin əfsanəvi simalarından olan Erol Büyükburç 79 yaşında vəfat edib.

Türkiyə xəbər agentliklərinin yaydığı məlumata görə, bu gün E. Büyükburç uzun müddət telefon zənglərinə cavab verməyib. Yaxınları onun İstanbulun Etilər məhəlləsindəki evinə gediblər və mənzildə sənətçinin meyitini aşkarlayıblar. Onun ürəyinə bir müddət əvvəl 3 stend qoyulubmuş. Polis faktla bağlı araşdırma aparır.   

E. Büyükburç 1936-cı ildə Adanada dünyaya gəlib. İlk albomunu 1975-ci ildə buraxıb. 1970-80-ci illərdə İstanbulda müxtəlif kazinolarda səhnəyə çıxıb. Sənətçi Türkiyə pop musiqisinə gətirdiyi yeniliklərlə tanınıb. Yaradıcılığı boyunca 1800 mahnı bəstələyib, 200-ə yaxın mükafat alıb, 33 filmə çəkilib.  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.