Müflis olan Demet ailəsi ilə istirahətdə - Fotolar
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurtun müflis olduğu deyilir. Cütlük qızları ilə birgə istirahətə yollanıb. Onlar dincəlmək üçün Bodruma üz tutub. Müğənni fotoqrafları görən kimi yenidən otelə qayıdıb. İfaçı qızı Hiranı müğənni Işın Karacaya tapşırıb. Okanın bütün gün telefonla danışması isə diqqətdən qaçmayıb.
Qeyd edək ki, cütlüyə məxsus şirkətə aid olan yük maşınların məhkəmə qərarı ilə müsadirə olunub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.