Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun heyətində mövsümlərarası hazırlıq dövründə ilk qolunu vurub.
"Report"un məlumatına görə, 22 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın "Lokomotiva" (Zaqreb) komandası ilə yoxlama matçında fərqlənib.
67-ci dəqiqədə meydana daxil olan Şeydayev bundan 5 dəqiqə sonra rəqib qapıçının uzaqlaşdırmaq istədiyi topu ələ keçirərək, tora göndərib.
Bu qol sayəsində "Trabzonspor" qələbə qazanıb - 1:0.


