Türkiyəli model-aktrisa Ceren Hindistanı keçmiş həyat yoldaşı Ümit Aslan məhkəməyə verib.
Buna səbəb Cerenin verilişlərdən birində Ümit haqqında fikirlər səsləndirməsi olub. “Duymayan kalmasın” adlı verilişə qonaq olan aktrisa efirdə bu sözləri səsləndirib:
“Ümit Aslan övladına təzminat ödəmir . Amma hər yerdə ödədiyini deyir. Mənə göndərdiyi 70 min lirənin təzminatla heç bir əlaqəsi yoxdur. Həm də mənə qarşı zor tətbiq edirdi. Sonra da üzr istəyirdi, yalvarırdı. Problemi uşağını görmək deyil. Əgər elədirsə, bundan əvvəlki övladını da görsün”.
Məhkəmə artıq baş tutub. Lakin Ümitin Cerenin həbs olunmasına dair tələbi qəbul edilməyib.
Qeyd edək ki, cütlüyün qızı Arya “Vilms” bədxassəli şiş xəstəliyindən əziyyət çəkir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.