banner
banner

İdman

"Üzr istəsələr, yaxşı olar" - "Uypeşt"in baş məşqçisi

"Üzr istəsələr, yaxşı olar" - "Uypeşt"in baş məşqçisi

Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Budapeştdə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edən "Uypeşt"in baş məşqçisi  Neboyşa Viqneviç mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

- Etiraf edim ki, fantastik oyun və nəticəyə şahidlik etdik. Nə əlavə edə bilərəm? Oyunçularımız hər şeyi meydanda dedilər. “Neftçi” yaxşı komandadır. Ancaq ilk oyunla müqayisədə onlar heyətə də, taktiki düzülüşə də əl gəzdirmişdilər. Bu da bizə cinahlarda əla hücumlar qurmağa imkan yaratdı. Hesab edirəm ki, 3-cü qolumuz oyunun qırılma nöqtəsi oldu. Bakıdakı matçdan sonra bizi tənqid edənlər isə üzr istəsələr, yaxşı olar. Azarkeşlərimizə təşəkkür edirəm. Daha çox fanat gözləyirdim. İnanıram ki, növbəti görüşümüzə daha çox azarkeşimiz gələcək.

 

- Nəticə sizi təəccübləndirmədi?

- Bir qədər təəccübləndirdi. Ancaq düşünməyin ki, hər şey bu qədər asan başa gəldi. Rəqibin həm müdafiəçiləri, həm də hücumçuları sanballı futbolçulardır.

- Həm Bakıda, həm də də Budapeştdə oyunçularınız “Neftçi”nin bir aparıcı futbolçusunu sıradan çıxardı. Namiq Ələsgərov və Ruslan Abışov. Rəqibin aparıcı futbolçularını sıradan çıxarmaq “Uypeşt”in vizit kartıdır?

- Sizi anlayıram. İradınızı da başa düşürəm. Ancaq ilk epizodda bizim qolkiperimizlə toqquşmadan sonra hücumçumuz sıradan çıxdı. Bu gün isə mübarizə zamanı müdafiəçiniz zədələndi. Düşünmürəm ki, biz bunu bilərəkdən etdik. Ancaq hər iki futbolçuya tezliklə sağalmağı diləyirəm. İnanın ki, onların zədələnməsi məni təəssüfləndirir (Qafqazinfo)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.