Müğənni Alişanın aktrisa həyat yoldaşı Buse Varolun İnstaqram hesabında paylaşdığı fotosunu müzakirələrə səbəb olub. Buse səhifəsində qarnın böyüdüyünü əks etdirən şəkil yerləşdirib. İzləyiciləri 3 aylıq hamilə olan Varolun qarnının bu qədər böyük olmasına təəccübləniblər və fotonun altına “Kimi aldadırsan, 5-6 aylıq hamiləsən” kimi şərhlər yazıblar.
Bundan sonra verilişlərdən birinə zəng vuran Buse məsələyə aydınlıq gətirib. O bildirib ki, həmin şəkil saxtadır:
“O şəkil gerçək deyil. Bi rəfiqəmin anası qarnımım nə qədər böyüdüyünü görmək istədi, mən qarnımı yalandan böyüdüb şəkil çəkdirdim və ona göndərdik. O da fotonu öz İnstaqram səhifəsinə qoyub və şəkil yayılıb. Hazırda 3 aylıq hamiləyəm. İzləyicilərim də bilir ki, qarnım heç böyüməyib. Hələ ki, 36 ölçülü geyimlər geyinirəm. Övladım 14 fevralda dünyaya gəlməlidir”.
Qeyd edək ki, Alişanla Buse “Dostlar məhəlləsi” serialının çəkilişi zamanı tanış olublar. Cütlük bu il mayın 5-də nikah masasına oturub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.