banner
banner

Şou

“Şeron” qrupunda ayrılıq

“Şeron” qrupunda ayrılıq

Müğənni Nicat Rəhimov solisti olduğu “Şeron” qrupunu tərk edib. 

Bu haqda Axşam.az-a ifaçı özü xəbər verib.

O, qrupun rəhbəri Rüstəm Zeynallı ilə yollarını ayırmasının səbəbini açıqlayıb:

“7 ildir “Şeron” qrupunun solistiyəm. Son bir neçə aydır solo ifaya başlamaq qərarı verdim. Qrupda olarkən irəli gedə bilmirsən, məhdudiyyətlər olur. İstədiyin mahnını səsləndirə, libası geyinməyə icazə verilmir. Gərək kostyumun, oxuduğun mahnı qrupun dörd üzvünə də uyğun gəlsin. Bir sözlə insan yerində sayır. Qrupdan qalmaqalla uzaqlaşmadım. Uzun illərdir dostluq etdiyim, müəllimim olan Rüstəmin halallığını aldım. İndi də dostluq münasibətimiz qalır. Onun sənətimdəki əməyini itirmərəm. Hər bir gənc ifaçı Rüstəm kimi bir istedadlı musiqiçinin yanında çalışmaq arzusundadır".

N.Rəhimov solo ifaçı kimi fəaliyyət göstərməkdən qorxmadığını da deyib:

“Mənim müəllimlərim əməkdar artist Teymur Əmrah, xalq artisti Samir Cəfərov olub. Onlardan dərs alıb, musiqi sənətinə yiyələnmişəm. Tək ifadan qorxmuram. İstedadıma, səsimə güvənirəm. Hazırda bir neçə yeni mahnı üzərində çalışıram. Hamısı da bir-birindən maraqlı. Dinləyicilərin bəyənəcəyinə əminəm”.

Qeyd edək ki, N.Rəhimov “Yeni ulduz” yarışmasının üzvü olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.