Tez-tez açıq-saçıq fotoları ilə gündəmə gələn model Emili Ratajkovski əri Sebastyan Bir-Makklardla Mayamidə görüntülənib. 27 yaşlı Emili yaşılı bikinidə kameralara tuş gəlib.
Emilinin şəkilləri sosial mediada paylaşılıb. İzləyicilər Ratajkovskinin fotolarını bəyənib.
Xatırladaq ki, Emili bu ilin fevralında prodüser Sebastyan Bir-Makklardla ailə qurub. O, ailə qurması haqda xəbəri sosial şəbəkədə toydan fotolar paylaşaraq verib. Açıqlaması ilə hər kəsi təəccübləndirən Ratajkovski özünə sadə nikah mərasimi edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.