Bu dəfə müğənni İntizar Mustafa Ceceli ilə bağlı məhkəməyə müraciət edib. İntizar Cecelinin ona 2 ay yaxınlaşmamasını, vasitəçilər yolu ilə narahat etməməsini, təhqiredici sözlər işlətməməsini istəyib.
İntizar adından məhkəməyə müraciət edən vəkil Altın Mimir Mustafanın həyat yoldaşına təzminat ödəməmək üçün belə bir addım atdığını bildirib. Vəkil şikayətində Cecelinin keçmiş arvadı Sinem Gedikə qarşı açdığı məhkəmə davasında qalib gəlmək üçün İntizarla Sinemin münasibəti olduğunu yaydığını vurğulayıb. Mimir müvəkkilinin naməhrəm görüntülərini sənətçinin yaydığını, bunun onun həyatına qəsd etmə həddinə çatdırdığını deyib.
Məhkəmə İntizarın şikayətini qəbul edib və Mustafaya qadağa qoyub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.