banner
banner

İdman

Azərbaycanda federasiya prezidenti istefa verdi - Araz Ağalarov

Azərbaycanda federasiya prezidenti istefa verdi

Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) prezidenti Fazil Qarayev istefa verib.

CİA.Az “Report”a istinadən xəbər verir ki, federasiya rəsmisi istefa ərizəsini yazıb və məsələyə tezliklə baxılacaq. Məlumatı ATFF-nin vitse-prezidenti Oqtay Abdullayev də təsdiqləyib. O, F.Qarayevlə bu barədə söhbət etdiyini deyib: "Fazil müəllim mənə bildirdi ki, işlərimin çoxluğu ilə əlaqədar federasiya prezidenti kimi fəaliyyət göstərə bilmirəm. İşlərlə bağlı xarici ölkələrdə oluram. Artıq Fazil müəllim istefa ərizəsini yazıb. Tezliklə ATTF-nin İcraiyyə Komitəsi bu məsələyə baxacaq. Bundan sonra onun vəzifəsinə xitam veriləcək".

Vitse-prezident F.Məmmədovun yerinə yeni namizəddən də danışıb. "Federasiyanın yeni rəhbəri Təhsil Nazirliyindən olsa, daha yaxşı olar. Çünki bizdə tələbələrlə iş gedir və Təhsil Nazirliyinin də işi gənclərlə işləməkdir. Ancaq kim olacağını deyə bilmərəm. Məsələ ilə bağlı AFFA və Təhsil Nazirliyi ilə danışıq aparacağıq".

Qeyd edək ki, Fazil Qarayev voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayevin qardaşıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.