Müğənni-aparıcı Seren Serengil şəxsi həyatı ilə bağlı bir neçə açıqlama verib. O həm şəxsi həyatı, həm də yeni layihələrindən danışıb:
“Yeni layihələrim var. Çünki insanlar məni efirdə görmək istəyir. Həyatda tək qorxum Yaşarı itirməkdir. Onunla çox xoşbəxtəm. Ayaqlarımı yerdən kəsir. Qadınlar münasibətdə həmişə çox yorulur. Həmişə qarşısındakı insana uyğun hərəkət etməyə çalışır. Bizdə elə deyil. Həyatımda ilk dəfə belə rahatam. Məni düşünən, qoruyan biri var. Üstümü örtür, saçlarımı oxşayır. Onda ata sevgisi görürəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.