Dünyaca məşhur model Naomi Kempbell haqqında çıxan hamiləlik xəbərinə yeni fotosu ilə cavab verib. Naomi hazırda istirahətdə olduğu Xorvatiyada bikinidə çəkilmiş şəklini izləyiciləri ilə paylaşıb.
Fotoda ideal bədən quruluşunu nümayiş etdirən model hamilə olmadığını sübut edib. Qeyd edək ki, bir neçə gün öncə 47 yaşlı Kembellin 35 yaşlı reper sevgilisi Skeptadan uşaq gözlədiyi deyilirdi. Məlumata əsasən, model 2, 3 aylıq hamilə imiş.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.