Qol.az-ın məlumatına görə, həlledici qarşılaşmada son çempion “Qalatasaray” kubokun qalibi “Akhisar Genclik Spor”la üz-üzə gəlib.
Konyada keçirilən matça nominal qonaqlar erkən qolla başlayıblar. Matçın sonuna 11 dəqiq qalmış “Qalatasaray” hesabı bərabərləşdirib.
Qalan dəqiqələr, eləcə də əlavə vaxtda qalib aşkarlanmadığından matçın taleyini penaltilər seriyası həll edib. Burada daha dəqiq oynayan “Akhisar Genclik Spor” Türkiyə Superkubokun qalibi olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.