Hollivud ulduzu Ancelina Coli ruhi xəstəliklərdən əziyyət çəkənlərin qaldığı xəstəxanaya gedib. Bu haqda "The Hollywood Weekend" portalı xəbər yayıb. Bu xəstəxanaya Coli ilk dəfə Bred Pittlə ailəli olan vaxtlarda yerləşdirilib.
Məqalədə bildirilib ki, həmin ərəfələrdə aktrisa özünü kök hesab edirmiş. Onun arıqlayıb 44 kiloqrama düşməsi də, ondan sonra olub. 1,69 santimetr boyu olan Colini daha da pis hala qalmaması üçün bu xəstəxanaya yerləşdiriblər. Hazırda isə onun nə üçün bura aparıldığı gizli saxlanılır. Paparassilər güman edir ki, Ancelinanın əsəblərinin korlanmasına qalmaqallı boşanması səbəb olub. Onun müalicəsi 2 həftə davam edəcək. Bu müddət ərzində Colinin baş rolda çəkildiyi "Malifisenta - 2" filminin çəkilişləri dayandırılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.