banner
banner

Sosİal

"Hadı Rəcəblinin mandatı ləğv edilsin"- İMZATOPLAMA

"Hadı Rəcəblinin mandatı ləğv edilsin"-

İnternetdə Milli Məclisin deputatı, sosial siyasət Komitəsinin sədri Hadi Rəcəblinin deputat mandatından məhrum olunması üçün imzatoplama kampaniyasına başlanıb.

“secure.avaaz.org saytında yerləşdirlimiş imza kampaniyasının təşəbbüskarları bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər. Müraciətdə deputat Hadı Rəcəblinin “Trend” İA-ə verdiyi son müsahibəsində müəllimlər barədə söylədikləri pislənib: “Deputat deyir ki, əgər müəllimi 150-200 manat maaş qane etmirsə, qoy gedib tikintidə çalışsın. Əgər xalqın maraqarını “qoruyan” bu deputat fikirləşirsə ki, ailəsini dolandırmaq üçün müəllim fəhlə işləməlidir, o zaman hansı yüksək təhsildən danışmaq olar? Müəllimlərin əmək haqlarının artırılması təklifi verməkdənsə, bu deputat təhsil işçilərinə dərsdən sonra fəhləlik etməyi təklif edir. Biz buna etriaz edir və deputat Hadi Rəcəbli barədə ölçü götürülməsini xahiş edirik”, - deyə müraciətdə bildirlir. Artıq bu məlumat verilən vaxtadək, müraciətə 700 nəfərə yaxın şəxs səs vermişdi...

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda deputatın geri çağırılması barədə müddəa yoxdur. Həmin qanunun 12-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.