"Kanal D"də efirə gedən “4 Kadın Zamanı” proqramının aparıcılarından olan Eylül Öztürk hər kəsi təəccübləndirib. Ötən il Barış Kenan Özkanla ailə quran aparıcı canlı yayımda hamilə olduğunu deyib.
Sevindirici xəbəri tamaşaçıları ilə bölüşən Öztürk "Hamiləyəm, amma hələ uşağın cinsi bəlli deyil. Uşağım olacağını eşidəndə əvvəl qorxdum. Amma həyat yoldaşım dəstək oldu. İndi çox xoşbəxtəm" sözlərini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.