2005-ci ildə ərə getdiyi İbrahim Kutluaydan 8 ay əvvəl boşanan Demet Şener müsahibə verib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, modellik peşəsinə fasilə verməsindən və yenidən geri qayıtmasından danışıb:
“16 il fasilə verdim. Geri qayıdanda insanların məni bu qədər xoş qarşılayacağını bilmirdim. Bu sevgi, diqqət üçün çox darıxmışdım. Bəfənimi, üzümü çox bəyənirəm. Bu ağıl, istedadla daha gözəl işlər edəcəm.
Sevgiyə inanıram, özümü tənhalığa qərq edəcək deyiləm. Həmin insan bir yerdə qarşıma çıxacaq. Kimə aşiq olacağınızı bilə bilməzsiniz.
Biri mənə bu tərbiyəsizliyi etdiyi üçün hamıya eyni gözlə baxa bilmərəm. Bir yerlərdə doğru insanlar var. Layiq olduğum xoşbəxtliyi tapacağam. Xoşbəxt edilməkdən başqa heç nə istəmirəm. Onsuz hər şeyim var”.
Demet yaşının çox olmasının onun üçün heç bir əhəmiyyəti olmadığını bildirib:
"Artıq yaşın əhəmiyyəti qalmayıb. Özünə yaxşı baxan hər kəs zamanı geri çevirə bilər. Əlbəttə, qocalacağıq. Sağlam qidalanmaq və idmanla gözəlliyə sahib ola bilərik".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.