Aktrisa Hande Erçel həm özəl həyatı, həm də işi ilə gündəmdən düşmür.
Axşam.az-ın məlumatına görə, aktrisanın anası Aylin Erçelin səhhəti pisləşib. Erçel buna görə ağır günlər yaşıyır.
Xəstəxanaya yerləşdirilən Aylinin müayinələr edilməsinə baxmayaraq hələ də xəstəliyinin səbəbi bilinməyib. Hazırda aktrisanın anası həkim nəzarətindədir.
Ağır günlər yaşayan Handeyə sevgilisi Murat Dalkılıç dəstək olur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.