"Matça zəif başladıq. Futbolçularımız məşqlərdə düşündüklərimizi edə bilmədilər. "Sumqayıt" gözlədiyimizdən də yaxşı çıxış etdi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov evdə "Sumqayıt"a 1:4 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb
- Bu məğlubiyyət komandanıza necə təsir edə bilər? - Cəmi 2 aydır yığışmışıq. Bu məğlubiyyətdən dərs çıxarmalı, səhvlər üzərində çalışmalıyıq.
- Sizin oyun üslubunuz belə deyil. Komandanızın istədiyiniz oyunu sərgiləməməsi nə ilə əlaqədardır? - Mən də futbolçulara fasilədə dedim ki, istədiyimiz oyunu sərgiləməsək, çətinlik çəkəcəyik. Bəzi çətinliklərimiz oldu. Gələcək oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq.
- "Sumqayıt" səviyyəli mərkəz hücumçusu axtarışında olduğu halda komandanıza 4 qol vurdu... - Deməzdim ki, rəqibin hücumçusu yoxdur. "Sumqayıt" bu gün yaxşı təsir bağışladı. Biz isə müdafiədəki səhvlər üzərində düşünməliyik.
- "Sabah" ilk turda qələbə qazansa da, "Sumqayıt" uduzmuşdu. Bəlkə bu amil üzündən komandanız bugünkü oyuna rəqibə qarşı saymazyana münasibətlə çıxmışdı? - İnanmıram ki, saymazlıq olsun. Ola bilsin, arxayınçılıqdandır. Amma oyundan əvvəl diqqətli olmalarını tapşırmışdıq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb