"Fənərbaxça"dan Səudiyyə Ərəbistanı klubuna – rəsmi
"Fənərbaxça"nın yarımmüdafiəçisi Juliano karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək.
Braziliyalı futbolçu “Al-Nasr” klubuna keçib. Məlumatı Dubay təmsilçisinin rəsmi saytı yayıb. 28 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb. “Fənərbaxça” Julianonun satışından 10 milyon avro qazanacaq.
Qeyd edək ki, İstanbul klubu braziliyalı futbolçunu ötən mövsüm “Zenit”dən transfer etmişdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.