Sadəcə 30 kvadratmetrdir, ancaq içində xoşbəxtlik üçün lazım olan hər şey var.
Arzuların evi, içində rahat olasan deyə qalaya bənzəməməlidir. Sahəsi 30 kvadratmetr olan və dəniz sahilində yerləşən balaca bir ev belə, sizi xoşbəxt edə bilər.
Arzuladığınız o ev tapılıb. İngiltərədə, Cornwallda yerləşən bu evdə artıq yaşayanlar olsa da, istəsəniz qonaq gedə bilərsiz.
Ailem.az adme.ru-yaa istinadən həmin evin fotolarını təqdim edir.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.