"Nə qədər ki buradayam, futboldan zövq alın" - İbrahimoviç
“İndi özümü əla hiss edirəm. 3 ay zədəli oldum, hamı məni unutdu. Ancaq sübut etdim ki, hələ də yaşayıram. Özü də bunu “Los-Anceles Qelaksi”dəki debüt oyunumun ilk 2-3 dəqiqəsində etdim”. Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, bu sözləri “Los-Anceles Qelaksi” klubunun hücumçusu Zlatan İbrahimoviç deyib. Karyerasını bitirmək haqda düşünməyən 36 yaşlı futbolçu Koliforniya klubundakı vəziyyətindən də danışıb:
“Özümü gümrah hiss edirəm. Burada hər şey ürəyimcədir. Klub, komanda yoldaşlarım, tərəfdaşlarımız, azarkeşlərimiz, şəhər xoşuma gəlir. Komandama kömək etmək istəyirəm. Nə qədər ki buradayam, futboldan zövq alın”. Qeyd edək ki, İbrahimoviç bu ilin yanvar ayından “Los-Anceles Qelaksi”də çıxış edir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.