banner
banner

Şou

"Erkenci Kuş"un aktyoru: "Toyum bu yaxında ola bilər"

"Erkenci Kuş"un aktyoru:
"Erkenci Kuş" serialının baş rol ifaçısı Can Yaman "Hello" dərgisinə müsahibə verib.

 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor jurnala fotosessiya etdirməklə yanaşı, şəxsi həyatı haqda da danışıb.

Can həyatda yalnız bir dəfə aşiq olduğunu deyib:

"Sevgi həyatda bir dəfə olur. O da yadıma gəlmir. Hazırda aşiqəm, ya deyiləm, bunu deməyəcəm. Amma evlənmək və uşaq sahibi olmaq çox vaxt almayacaq. Bəlkə də birdən birə toyum haqda xəbər tutdunuz".

Yaman zahiri görünüşündən də danışıb. O, gülüşünün, saqqalının və burnunun insanlar tərəfindən bəyənildiyini söyləyib:

"Hamı deyir ki, mənə saqqal yaraşır. Gülüşümü, baxışlarımı sevənlər də var. Amma mən saçımı bəyənirəm".

28 yaşlı aktyor ekran işində tərəf müqabili olan aktrisa Demet Özdemirlə yaxşı yola getdiyini də vurğulayıb:

"Demetlə ilk gündən yaxşı yola gedirik. Əla tərəf müqabilidir. Yaxşı aktrisa, gözəl insandır. O da mənim kimi eneji doludur".



 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.