Xərçənglə mübarizə aparan maddələr bu qidalardadır
Elm adamları xərçəng xəstəliyinin müalicəsi mövzusunda ümidverici bir kəşfə imza atıblar.
Olke.az bildirir ki, bəzi bitkilərdəki bir maddənin bağırsaq xərçənginə qalib gəldiyi müəyyən edilib.
Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki, gül kələmi, ağ kələm və brokkoli xərçəngə təsir edir.
Professor Konq məsələ ilə bağlı deyib: "Tədqiqatlar sübut etdi ki, qidalanma ilə xərçəngdən qorunma arasında əlaqə var. Yediyimiz bəzi qidaların içində xərçəngin yaranmasının qarşısını alan maddələr var. Bunlardan birincisi isə gül kələmidir.
ABŞ-ın elmi institutları isə 2010-cu ildən gül kələmi qrupuna daxil olan tərəvəzlərin xərçəngə təsirini araşdırıb. Bu zaman xəstələrin gül kələmi ilə qidalanması və yaşayışları arasındakı statistik rəqəmlər nəzərə alınıb.
Məlum olub ki, gül kələminin tərkibində olan maddə xərçəngə qarşı mübarizə aparır. Bu maddə eyni zamanda kələmin və brokkolinin də tərkibində var. Kələm bundan başqa orqanizmi vacib vitamin və minerallarla təmin edir. Kalsium, maqnezium, C və K vitaminləri, beta-karotin və lutein var.
Bir kasa bişmiş kələmin tərkibində 4 qram lif var. Bir kasa çiy kələmin tərkibində isə 2 qram lif var. Bu liflər bağırsaqların normal işləməsi və bağırsaqların xərçəngdən qorunması üçün olduqca vacibdir.
İngiltərədə aparılan tədqiqatlar kələm qrupuna daxil tərəvəzlərin tərkibində indol-3 karbinol adlı maddə olduğunu və bu maddənin xərçəng hüceyrələrini öldürməyə kömək etdiyini üzə çıxarıb. Xüsusən də kimyəvi terapiya müalicəsi alan xəstələrə məsləhət görülür.
Bir neçə il aparılan tədqiqat sübut edib ki, indol maddəsi metabolizmaya müsbət təsir edir və xərçəng riskini azaldır.
Kələmin tərkibində olan digər fito kimyəvi maddələr orqanizmdə xərçəngə qarşı mübarizə aparan maddələrin istehsalını artırır. Bu maddələr də prostat xərçənginə qarşı mübarizə aparan maddələrdir. Stenford universitetinin tədqiqat nəticələrinə əsasən, kələmin tərkibində olan sulforofan maddəsi bu maddələri aktiv şəkildə dəstəkləyir.
Kələmin tərkibində xərçəngə qarşı mübarizə aparan başqa bir maddə qrupu isə qlükosionatlardır.
Kələm bundan başqa qan azlığı olan insanlara, astma problemi olan insanlara faydalıdır. Öskürəyi azaldır, bəlğəmi parçalayır, qəbizlik problemini həll edir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.