Hollivud ulduzu Ancelina Coli bu dəfə Los-Anceles küçələrində obyektivlərə tuş gəlib. Aktrisa 14 yaşlı oğlu Paksonla yeməyə yollanıb.
Hər dəfə qara paltarlar geyinən Colinin bu dəfə fərqli rəng seçib. Bej rəngli libas geyinən Ancelina stilini "Celine" brendinin çantası və zamşa ayaqqabı ilə tamamlayıb. Məşhur ulduz çiyninə libası rəng şərf atıb. Pərəstişkarları Colinin geyimini müzakirə edərkən bildiriblər ki, o, son günlər daha al-əlvan geyinməyə başlayıb. Bu da onun əhvalının yaxşı olmasından xəbər verir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.