Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda xanımı Pınar Tevetoğlu və qızı Liya ilə Almaniyada olan ifaçı həyatından bəhs edən film üçün rejissor axtarışındadır.
Doğulduğu gündən şöhrət qazandığı günə kimi və 45 il ərzində dəfələrlə ölümlə üz-üzə gəldiyi həyat hekayəsini tamaşaçıların ixtiyarına vermək istəyən Tarkan artıq film üçün ssenari də yazıb. Ssenariyə əsasən film sənətçinin hələ doğulmamış ölümlə rastlaşdığı andan başlayacaq. Belə ki, müğənninin anası Neşe Xanım Tarkana hamilə olduğunu bildikdə ailə vəziyyətinin kasıb olduğunu nəzərə alıb onu götürtmək istəyib. Lakin yuxuda ona Tarkanın bir zamanlar çox məşhur və imkanlı biri olacağı deyildiyi üçün anası onu öldürməyib.
Daha sonra kiçik yaşlarında özündən böyük qardaşı ilə at sürərkən atdan yıxılıb və güclü xəsarət alıb. Həkimlərin “Bu uşaq yaşamaz” deməsinə baxmayaraq, o, ayaqda qalıb.
Almaniyada doğulub böyüyən Tarkan 15 yaşında babası xəstə olduğu üçün ailəsi ilə Türkiyəyə köçüb. Rastlaşdığı insanlar sayəsindən müğənniliyə başlayıb.
Filmdə daha hansı hadisələrin olacağı və Tarkanın özünün ekran işində rol alıb-almayacağı hələ ki, bəlli deyil.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.