banner
banner

İdman

ÇL-də qrupa yüksələn son 3 komanda bilindi

ÇL-də qrupa yüksələn son 3 komanda bilindi

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Qol.az xəbər verir ki, keçirilən 3 oyunla qitənin 1 nömrəli klub turnirində qrup mərhələsində mübarizə aparacaq bütün klubların adları məlum olub.

Əvvəlki mərhələdə “Qarabağ”ı mübarizədən kənarlaşdıran BATE səfərdə PSV-nin qonağı olub. Öz meydanında 2:3 hesabı ilə uduzan Belarus çempionu səfərdə 3 cavabsız qolla uduzub. Qrupa Hollandiya təmsilçisi yüksəlib.

PAOK öz meydanında “Benfika” ilə qarşılaşıb. İlk görüşlərinə 1:1 hesabı qeydə alınan komandaların cavab matçı 2:2 hesabı ilə başa çatıb. Bu nəticə "Benfika"nı qrup mərhələsinə yüksəldib.

İlk görüşlərində qalibin aşkarlanmadığı “Zalsburq” və “Srvena Zvezda” komandaları arasında Avstriyada keçirilən cavab matçında da 2:2 hesabı qeydə alınıb. Belədə, Serbiya təmsilçisi növbəti mərhələyə vəsiqəni təmin edib. 



UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

29 avqust

"Zaltsburq" (Avstriya) - "Srvena Zvezda" (Serbiya) - 2:2
Qollar:
 Munas Dabbur, 45, 48-pen. - Əl-Fərdu ben Nebuhan, 65, 66
İlk oyun - 0:0

PSV (Eyndhoven, Hollandiya) - BATE (Borisov, Belarus) - 3:0
Qollar:
 Stiven Berqveyn, 14. Luk de Yonq, 36. İrvinq Lozano, 62
İlk oyun - 3:2

 

PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 1:4
Qollar:
 Aleksandar Priyoviç, 13 - Jardel, 20. Eduardo Salvio, 26-pen. 50-pen. Pitsi, 39 
İlk oyun - 1:1.


28 avqust 

AEK (Yunanıstan) - “Videoton” (Macarıstan) 1:1
İlk oyun -
 2:1

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Yanq Boyz” (İsveçrə) 1:2
İlk oyun 
- 1:1

“Dinamo” (Kiyev, Ukrayna) - “Ayaks” (Hollandiya) 0:0
İlk oyun -
 1:3

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.