banner
banner

Sosİal

Sentyabrın havası: Bakıda 33, rayonlarda 36 dərəcə isti

Sentyabrın havası:

Azərbaycanda sentyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabr ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Sentyabr ayının birinci ongünlüyündə hava şəraitinin sabit keçəcəyi, mülayim şimal-şərq küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 16-21, ayın sonunda 10-13, gündüzlər 25-30, bəzi günlərdə 33-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-13mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 10-15, gündüzlər 17-22, bəzi günlərdə 25-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, gündüzlər 24-29, bəzi günlərdə 32-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (17-44 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 19-23 dərəcə isti (gecələr 14-19, ayın sonunda 5-10, gündüzlər 20-25, bəzi günlərdə 28-31 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-120 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, dağlarda 8-13, gündüzlər 23-28, bəzi günlərdə 30-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 50-199 mm) olacağı gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.