banner
banner

XƏBƏRLƏR

Bu məhsulları südlə qarışdırmaq olmaz — Sağlamlığa ziyan vurur

Süd kalsiumla zəngin unikal məhsuldur. Öz-özlüyündə zülal, yağ və karbohidrat ehtiva edən tam dəyərli qidadır. Həzm problemləri çox vaxt südün keyfiyyətindən deyil, onun düzgün əlavələrlə birləşdirilməməsindən yaranır. Bəzi məhsullarla birlikdə süd laxtalana, faydalı maddələrin təsirini azalda və ya köp yarada bilər.

Bu mallar da bahalaşacaq — AÇIQLAMA

Azərbaycanda onlayn ticarətlə məşğul olanları və internet üzərindən mütəmadi alış-veriş edənləri yaxın gələcəkdə ciddi yeniliklər gözləyir. Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, internet platformalarında xidmət və ya mal təqdim edən şəxslərin illik dövriyyəsi 10 min dolları keçdikdə, onlar bir ay ərzində vergi uçotuna alınmalıdırlar. Bu qayda həm fərdi satıcılara, həm də iri onlayn ticarət şəbəkələrinə şamil olunacaq.

Çıxarış almaq istəyənlərə şad xəbər: 15 gün ərzində...

Bu gün Abşeron yarımadasında Dövlət Reyestrinə alınmamış 500 mindən artıq ev var. Halbuki həmin evlərin bəzilərinin ilkin sənədləri var. Bəzi vətəndaşlar həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərkən aylarla gözləməli olur. Çünki Reyestr Xidməti təqdim edilən sənədlərin arxivdən kökünü, torpağın təyinatını və digər məsələri araşdırır. Bu da istər-istəməz uzun zaman alır.

Araşdırma: Qəhvə və çay beyni demansa qarşı qoruya bilər

Yeni elmi araşdırma göstərir ki, müntəzəm olaraq qəhvə və çay içmək yaşlılıq dövründə yaddaş itkisi və beyin funksiyalarının pozulması riskini əhəmiyyətli dərəcədə azalda bilər. Mütəxəssislər bildirirlər ki, bu içkilərin tərkibindəki bioloji aktiv maddələr beyin hüceyrələrini qoruyur.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.