Misli Premyer Liqasının XXI turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb.
Peşəkar Futbol Liqasından Musavat.com-a verilən məlumata görə, "Qarabağ"ın rəsmi müraciəti, "Neftçi" klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.
Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik yoxdur.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-offunda "Nyukasl"la (İngiltərə) matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. "Qarabağ" və "Nyukasl" komandaları arasında ilk matç fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb