banner
banner

Dünya

Lavrov ABŞ-a xəbərdarlıq etdi

Lavrov ABŞ-a xəbərdarlıq etdi

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Bu barədə RİA “Novosti” Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Söhbət zamanı Lavrov ABŞ-ı Venesueladakı vəziyyətə istənilən müdaxilədən, o cümlədən güc yolu ilə təsir göstərmək cəhdlərindən çəkinməyə çağırıb.

Rusiyalı nazir Moskvanın Venesueladakı durumla əlaqədar BMT Nizamnaməsinin prinsipləri əsasında məsləhətləşmələrə hazır olduğunu bildirib./Oxu.az/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə İsrail və İrana çağırış etdi

Türkiyənin Xarici İşlər Nazirliyi bu gün İsraillə İranı və onların tərəfdarlarını böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.

Ukraynanın ən çətin sınağı başlayır - "Blumberq"

Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.

ABŞ Yəməndəki obyektləri vurub

Cis.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının hərbi infrastrukturuna zərbələr endirib, husilərin HHM sistemini, yerüstü idarə sistemini və bir dronunu məhv edib.