banner
banner

Dünya

ABŞ Yəməndəki obyektləri vurub

ABŞ Yəməndəki obyektləri vurub

Cis.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının hərbi infrastrukturuna zərbələr endirib, husilərin HHM sistemini, yerüstü idarə sistemini və bir dronunu məhv edib. Bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) verib. Komadanlığın X şəbəkəsindəki hesabında zərbələrin aprelin 8-də, Səna vaxtı ilə saat 12.15-14.49 arasında endirildiyi bildirilir. 
ABŞ Mərkəzi Komandanlığı aprelin 7-də, Səna vaxtı ilə 08.00-da Yəmən ərazisindən Ədən körfəzinə doğru gəmiəleyhinə ballistik raket atıldığını da bəyan edib. Raket atılan zaman körfəzdə koalisiyanın gəmisi Böyük Britaniyaya məxsus, Marşal Adaları bayrağı altında və italyan heyəti ilə üzən "Hope Island" gəmisini müşayiət edirmiş.
ABŞ, koalisiya və ticarət gəmilərinin zədələnib-zədələnmədiyi, dağıntı, yaxud tələfat olub-olmadığı barəsində məlumat verilməyib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.