Paytaxtda qeyri-adi, qəribə dayanacaqlar quraşdırılıb. Bu avtobus dayanacağının özü avtobus quruluşludur. İstər bu yenilik, istərsə də dayanacağın quruluşu sakinlərin karına gəlir.
Cia.az-ın məlumatına görə, avtobus quruluşunda olan avtobus dayanacağı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çicək yaşayış massivində qurulub. Hazırda bu cür qeyri-adi dayanacaqlar Binəqədi rayonunun bir nüeə ərazisində qurulması nəzərdə tutulub.
İlk baxışdan sərnişin avtobusunu xatırladan bu dayancaq artıq bir həftədir ki, qəsəbə ərazisində quraşdırılıb. Yola düzələn sərnişinlər məhz burada gedəcəyi sərnişin avtobusunu gözləyir. Kimi oturacaqlarda əyləşir, kimi də avtobusun yan güzgülərindən özünə baxır.
Sakinlər deyir ki, burada əvvələr heç sərnişin dayancağı olmayıb. Yeniliyə sevinənlərin sözlərinə görə, axşam saatlarında dayancağın ön və arxa işıqlarının yanması da onlar üçün çox rahatdır.
“Bu cür qeyri-adi dayanacaq bizim xoşumuza gəlir. Bunun digər dayanacaqlardan fərqi avtobusun quruluşunda olmasıdır. Bu cür dayanacaq paytaxtda bir dənədir. Bu da bizim ərazimizdədir. Yağışda, qarda girib içində otururuq”, – deyə sakin Ələddin Məlikov bildirib.
Başqa bir yenilik də Binəqədi rayonunun eyni adlı qəsəbəsində yerləşən taksi dayanacağından ibarətdir.
Bu dayancaqda qəsəbə ərazisində yaşayan taksi sürücüləri dayanıb öz müştərisini gözləyir. Həm soyuqdan, həm də istidən qoruna bilərək.
Dayancaqda taksi sürücüləri üçün hər bir şərait yaradılıb. Onlar hətta pulsuz çay və kofe ilə də təmin olunur.
“Hazırda yeni qurulan taksi dayanacağının həm görkəmi, həm də burada yaradılan şərait bizi qane edir. Əgər müştəri zəng edərsə, o zaman müştərini vaxt itirmədən lazımı ünvana çatdırırıq”, - deyə taksi sürücüsü Nadir Qasımov qeyd edib.
Sürücülər üçün burada mərkəzi telefon xətti də yaradılıb. Binəqədi rayon icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov bunlara bənzər yeniliklərin davamlı olacağını da bildirir:
“Respublikamız Avropa Oyunlarına hazırlıq ərəfəsindədir. Bakı şəhərinin hər bir güşəsində olduğu kimi Binəqədi rayonunda da geniş abadlıq quruculuq işləri aparılır. Abadlıq quruculuq işləri aparılarkən rayon sakinlərinin arzu istəkləri də nəzərə alınır. Hazırda yeni quraşdırlan avtobus və taksi dayanacaqları rayon sakinlərinin ayrı-ayrı vaxtlarda səyyar görüşlə zamanı qaldırdıqları məsələlər nəzərə alınaraq tikilmişdi”.
Bundan başqa qurum rəsmisi onu da əlavə etdi ki, bu kimi qeyri-adi quruluşa malik dayanacaqlar rayon əraisinində bir neçə yerdə qurulacaq.
Cia.az


