Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.
Cia.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.
Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb.
Adıgözəl Məmmədov saxlanılıb.
İlkin məlumata görə, qətli törədən Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşıdır.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.