banner
banner

Krİmİnal

SON DƏQİQƏ: Füzülidə ƏMƏLİYYAT KEÇİRİLDİ - FOTO

SON DƏQİQƏ: Füzülidə ƏMƏLİYYAT KEÇİRİLDİ - FOTO

Füzuli rayonunda 120 kq yararsız ət aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən Cia.az-a verilən məlumata görə, AQTA-nın Qarabağ regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Qurbanov Yavər Tapdıq oğluna məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı “Gaz 031-02” markalı avtomobilə baxış keçirib.

Yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi çəkisi 120 kq istehlaka yararsız iribuynuzlu heyvan əti aşkarlanıb. Ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib. 

Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonu, Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb.

Araşdırmalar davam etdirilir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Zakir Tağıyev və onun tanışı İsmət Dadaşlının (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.