banner
banner

Sİyasət

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Portuqaliya Prezidenti Antoniu Joze Sequru Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Cia.az xəbər verir ki, təbrikdə deyilir.

"Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə şəxsi rifah arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıqla bağlı xoş diləklərimi bildirirəm.

Ölkənizin bütün vətəndaşları və dostları üçün çox əhəmiyyətli olan bu gündə Portuqaliyanın dövlətlərimizi və xalqlarımızı birləşdirən ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə sadiqliyini bir daha vurğulayıram. Portuqaliyanın Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasının bu məqsədə mühüm töhfə verəcəyinə ümidvar olduğumu qeyd edirəm", - təbrikdə bildirilib.

***

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevi təbrik edib.

Musavat.com xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və rifah arzularımı bildirirəm".

***

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Məmnuniyyətlə qeyd edirəm ki, Monqolustan ilə Azərbaycan arasında qarşılıqlı hörmətə, ortaq tarixi, mədəni dəyərlərə əsaslanan ənənəvi dostluq münasibətləri və əməkdaşlıq birgə səylərimizlə genişlənməkdə davam edir.

Zati-aliləri, ölkələrimiz arasındakı münasibətləri əhəmiyyətli iqtisadi əməkdaşlıqla daha da dərinləşdirmək, uzunmüddətli inkişaf siyasətimizdə müəyyən edilmiş prioritet sahələr çərçivəsində əlaqələri genişləndirmək, həmçinin hərtərəfli davamlı inkişafın təşviqində beynəlxalq birliyin səylərinə birgə töhfələr vermək üçün Sizinlə hər zaman işləməyə hazıram.

Cənab Prezident, Sizə və sevimli ailənizə möhkəm cansağlığı, rifah, dost Azərbaycan xalqına isə firavanlıq arzulayıram".

***

Livanın Baş naziri Nəvaf Salam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza davamlı tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Tam əminəm ki, Azərbaycan ilə Livan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə daha da möhkəmlənəcək və inkişaf edəcək.

Zati-aliləri, ən yüksək ehtiramlımı qəbul etməyinizi xahiş edir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanın mədəni zənginlikləri Türkmənistanda təqdim olunacaq

İyunun 5-də Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır. Üç gün davam edəcək tədbirlər çərçivəsində ölkənin Arkadağ və Aşqabad şəhərlərinin sakinləri Azərbaycanın zəngin mədəni irsi, musiqi sənəti və yaradıcı ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM

Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

İlham Əliyev müşavirə keçirdi - FOTO

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.