Paytaxtın Xətai rayonunda fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində torpaq sürüşməsi və çökmə hadisəsi qeydə alınıb.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) bildirib ki, hadisənin əsas səbəbi kollektor xəttinin üzərində tikilmiş obyektlərin yaratdığı əlavə yük olub. Nəticədə kanalizasiya şəbəkəsində qəza yaranıb.
Qurumdan verilən məlumata əsasən, Bakı Su Kanal İdarəsinin əməkdaşları əraziyə baxış keçirərək vəziyyəti qiymətləndiriblər. Problemin aradan qaldırılması üçün aidiyyəti qurumlara müraciət edildiyi qeyd olunub.
ADSEA bir daha xatırladıb ki, su və tullantı su xətlərinin, kollektorların, eləcə də onların mühafizə zonalarının üzərində hər hansı tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir və bu cür hallar ciddi risklər yarada bilər.//Milli.Az
Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.
Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər?
Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar.
Türkiyədə təqaüdə çıxmağa hazırlaşan milyonlarla vətəndaş üçün müraciət tarixi böyük əhəmiyyət daşıyır. Sosial təminat üzrə mütəxəssislər bildirirlər ki, təqaüd ərizəsinin hansı tarixdə verilməsi aylıq ödənişlərin məbləğinə və alınacaq ümumi gəlirə birbaşa təsir göstərə bilər.