Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
İyunun 1-də saat 11:13 radələrində Nərimanov-Böyükşor sahəsində hərəkətdə olan Bakı-Sumqayıt qatarının qarşısına qəflətən bir gənc çıxıb.
Cia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, nəticədə 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev həyatını itirib.
"Bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırırıq. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur. Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır
Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.
Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər?
Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar.
Türkiyədə təqaüdə çıxmağa hazırlaşan milyonlarla vətəndaş üçün müraciət tarixi böyük əhəmiyyət daşıyır. Sosial təminat üzrə mütəxəssislər bildirirlər ki, təqaüd ərizəsinin hansı tarixdə verilməsi aylıq ödənişlərin məbləğinə və alınacaq ümumi gəlirə birbaşa təsir göstərə bilər.