Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Beyləqanın Bolsulu kəndində 68 yaşlı Nazilə Mustafayevanı amansızlıqla qətlə yetirən 1994-cü il təvəllüdlü Şəmistan Hüseynzadənin məhkəmə prosesi başa çatıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram narkotik vasitə marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bakının Pirşağı qəsəbəsinin ərazisində ölüm və xəsarətlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Musavat.com xəbər verir ki, 1999-cu il təvəllüdlü Sakit Piriyev mübahisə zəminində 1986-cı il təvəllüdlü Məzahir Xələfov və 1983-cü il təvəllüdlü Balağa Ağayevə bıçaqla hücum edib. Nəticədə Məzahir Xələfov döş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onu həyatını xilas etmək mümkün olmayıb. Balağa Ağayev isə qol nahiyəsindən yaralanıb və ona ilkin tibbi yardım göstərilib.
Nərimanov rayonunda keçirilən əməliyyat zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində onların üzərindən və yaşadıqları ünvanlardan ümumilikdə 6 kiloqramdan artıq narkotik vasitə – marixuana və tiryək aşkarlanıb.