banner
banner

Krİmİnal

Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı

Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı

Moskvada 1990-cı illərdən bəri ilk dəfə “qanuni oğrular”ın iştirak etdiyi ad günü məclisinin qarşısı alınıb.

Cia.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın kriminal aləmi üzrə ixtisaslaşmış “Prime Crime” agentliyi məlumat yayıb.

Məlumata görə, kriminal aləmdə “Suren Andijanski” kimi tanınan erməni əsilli Suren Tavadovun yubiley mərasimi Moskva yaxınlığındakı restoranlardan birində keçirilib. Tədbir hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb.

Bildirilib ki, mərasimdə kriminal aləmdə tanınan "Diplomat Vaqif" ləqəbli azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanov və "Torçik" ləqəbli Nuqzar Torçinava da iştirak ediblər. Polis tərəfindən sorğu-sual zamanı iştirakçılardan heç biri özünü “qanuni oğru” kimi təqdim etməyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Zakir Tağıyev və onun tanışı İsmət Dadaşlının (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.