Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Baş Prokurorluqdan Cia.az-a verilən məlumata görə, istintaq zamanı Vasif Haqverdiyevin müxtəlif şəxslərlə əlaqə saxlayaraq özünü Mingəçevir və Tərtər rayon prokurorluqlarının əməkdaşı kimi təqdim etməklə onların etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməsinə, habelə bir sıra məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə barələrində araşdırma aparılacağı və maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və prokurorluq orqanlarının işgüzar nüfuzuna zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vasif Haqverdiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xəbər verdiyimiz kimi, iyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində "Seaside estate" şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib.
Bakıda "İdrak" liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya qarşı silahlı hücum törətməkdə təqsirləndirilən məktəblinin cinayət işi üzrə məhkəmə araşdırması sabah – iyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək. Cia.az xəbər verir ki, işə hakim Vüqar Quliyevin sədrliyi ilə baxılır.
Qaradağ Rayon Məhkəməsində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş oğurluq cinayəti ilə bağlı cinayət işi üzrə hökm elan olunub.
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Aqil Əmirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
2025-ci ildə baş verən yol-nəqliyyat hadisəsinə görə ötən ay 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyevanın məlum qəzası ilə bağlı bir sıra maraqlı detallar üzə çıxıb.