Sələmə pul verən qadını öldürən qazi imiş... - Qumarda 50 min manat uduzub
Beyləqanın Bolsulu kəndində 68 yaşlı Nazilə Mustafayevanı amansızlıqla qətlə yetirən 1994-cü il təvəllüdlü Şəmistan Hüseynzadənin məhkəmə prosesi başa çatıb.
Cia.az-ın əldə etdiyi məlmata görə, məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olan Şəmistan cinayəti tamah niyyəti ilə törədib
Belə ki, mərc oyunlarında 50 000 manat uduzan təqsirləndirilən şəxs, yaşadığı maddi sıxıntıları aradan qaldırmaq üçün Nazilə Mustafayevanın evindən oğurluq etmək qərarına gəlib.
Qadının evinə qanunsuz daxil olan Şəmistan Hüseynzadə ondan pul və qiymətli əşyaların yerini soruşub. Bu zaman Nazilə Mustafayevadan istədiyi cavabı ala bilməyən cinayətkar, onu boğaraq öldürüb. Daha sonra evdə axtarış aparan 32 yaşlı Şəmistan heç nə tapa bilməyib. Bundan sonra o, hadisə yerindən qaçıb.
O da məlum olub ki, Nazilə Mustafayeva rayon ərazisində faizə pul verən şəxs kimi tanınıb. Şəmistanın ifadəsinə görə, o, Beyləqanda hərbi xidmət keçdiyi üçün etdiyi Nazilə Mustafayevanın faizə pul verdiyindən əvvəlcədən xəbərdar olub.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. O, hadisəni törətdikdən sonra Bakıya gəlib, bir neçə günə sonra isə yeri polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Zakir Tağıyev və onun tanışı İsmət Dadaşlının (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bu ilin iyun ayında Cəlilabad rayonunda dayısının 27 yaşlı həyat yoldaşını qətlə yetirən 15 yaşlı Abbas Mahmudova (ad və soyadlar şərtidir) hökm oxunub.